İtaliya jurnalı “Limesonline” tərəfindən “Türkiyə Birləşmiş Ştatları 2053” başlığı ilə xəritə paylaşılıb.
Axar.az xəbər verir ki, xəritədə ilhaq edilmiş ərazilər, Konfederasiya dövlətləri (Rodos və 12 ada daxil olmaqla), peyk dövlətlər, Şimali Kipr, Mavi Vətən - genişləndirilmiş dəniz sahəsi və ilhaq edilmiş adalar (Lesbos, Sakız, Samos, Batnoz-Kelemez və Krit) var.
Bundan əlavə, şərqdə Naxçıvan və Zəngəzur dəhlizinin unudulmaması, qərbdə isə peyk dövlətlər - Şimali Makedoniya, Kosova, Albaniya və Bosniya-Herseqovinanın olması diqqət çəkib.
Türkiyənin xəritədə üç qitəyə yayıldığını vurğulayan İtaliya mətbuatı bütün bu mənzərənin mərkəzinə İstanbulu yerləşdirməklə Osmanlıya işarə edib.