İsrail Hərbi Hava Qüvvələri Suriyada yerləşən hərbi obyektlərə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Livanın “Al Manar” televiziyasının "Telegram" kanalında məlumat verilib .
Bakı vaxtı ilə saat 01:35-də yayılan mesajda deyilir: "İsrail Suriyanın mərkəzindəki Həma və Homs əyalətlərindəki hərbi obyektlərə zərbələr endirib".
Bundan əlavə, Tartusun şərq çölündə “güclü partlayışlar” baş verib. Telekanalın məlumatına görə, İsrail qırıcıları Suriya ordusunun sursat anbarlarını vurub.