AZ

Gürcüstanın futbolçu prezidenti sələfini polislə hədələdi

Gürcüstanın yeni seçilmiş prezidenti Mixeil Kavelashvili "İmedi" telekanalına müsahibə verib.

Milli.Az həmin müsahibədən əsas məqamları təqdim edir:

▪️ Komanda qərara gəldi ki, prezidentlik institutunu konstitusiya çərçivəsinə qaytaran şəxs mən olacam. Cənab Bidzina İvanişviliyə və bütün komandama mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

▪️ Mən İsveçrədə yaşamışam və o sakit ölkədə, hər hansı aksiya bir az şişirdilmiş xarakter daşıyanda polisin necə sərt şəkildə davrandığını, qadın və kişi arasında fərq qoymadığını təəccüblə müşahidə edirdim.

▪️ İndi isə mənim vətəndaşlarla, xüsusilə də mənimlə eyni fikirli olmayan insanlarla birbaşa danışmaq imkanım var. Mənim marağım ondan ibarətdir ki, müzakirələrə yol tapım və hər iki tərəflə həqiqəti danışa bilim.

▪️ Ölkənin maraqlarının müdafiəsinə yanaşmam parlament üzvü və "Xalqın Gücü" partiyasının nümayəndəsi kimi tutduğum mövqedən fərqlənəcək.

▪️ Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olması mənasızdır. Biz xalqımızın mədəniyyətini, dilini və inancını itirmək istəmirik. Biz Avropa İttifaqının üzvü olmaq istəyirik, amma olduğumuz kimi.

▪️ Zurabaşvili hökumətin siyasətinə qarşıdırsa, istefa verməli idi. Gürcüstan Konstitusiyası prezidentə hökumətlə qarşıdurmaya getmək imkanı vermir.

▪️ Son illər çıxışlarım ictimaiyyətə bir qədər sərt görünə bilərdi, lakin bu, həmin dövrdə qarşımdakı tapşırıqlarla əlaqədar idi.

▪️ Səmimiyyət mənim təbii vəziyyətimdir və bunu dəyişə bilmirəm, lakin bundan sonra ölkəmin maraqlarını başqa yolla müdafiə edəcəyəm. /musavat.com

Milli.Az 

phrase_var_article.chosen
28
2
milli.az

3phrase_var_article.sources