II dərəcəli fil azarı (limfedema) “c” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Magistral damarların süni qrefi ilə protezləşdirilməsi əməliyyatı olunmuş və ya stend əməliyyatı olunmuşlar III qrafa ilə şəhadətləndirilirlər. Şəhadətləndirilən şəxs sonrakı müalicədən imtina etdikdə, toxum ciyəsi venalarının residivləşən (təkrar cərrahi müalicədən sonra) II dərəcəli varikoz genişlənməsi (“Xəstəliklər cədvəli”nin III qrafası üzrə şəhadətləndirilənlər üçün bu halda “ç” bəndi tətbiq olunur). Toxum ciyəsi venalarının varikoz genişlənməsinin bir dəfə residivi (birinci cərrahi müalicədən sonra) “c” bəndinin tətbiqi üçün əsas deyildir. Toxum ciyəsi venalarının II dərəcəli varikoz genişlənməsi zamanı ciyə xayanın yuxarı qütbündən aşağı sallanır, xayanın atrofiyası olmur.