"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə birgə xüsusi infrastruktur layihəsi üçün ayrılmış 600 milyon rubldan artıq vəsaitin mənimsənilməsi sənədləşdirilib. Bu cinayət Müdafiə Nazirliyinin hərbi əmlak departamentinin keçmiş sədr müavini və bir sıra kommersiya təşkilatlarının rəhbərləri tərəfindən törədilib," - deyə Kurnosenko TASS-a açıqlamasında qeyd edib.
27 oktyabr 2023-cü ildə Moskvanın Basman rayon məhkəməsi, Müdafiə Nazirliyinin hərbi əmlak departamentinin direktor müavini Vladimir Şişovun dələduzluq ittihamı ilə həbsinə qərar verib. Bundan əlavə, iş üzrə digər bir şəxs - "RNGS Kapital" adlı investisiya şirkətinin rəhbəri və müxtəlif növ yanacaq ticarəti ilə məşğul olan sahibkar Dmitri Levçenko da saxlanılıb.
Əvvəllər xəbər verilmişdi ki, Müdafiə Nazirliyi üçün keyfiyyətsiz gülləkeçirməz jiletlərin tədarükü ilə bağlı işdə adı hallanan Sergey Semenixin, Viktor Astapenko və Aleksandr Ermakovun həbs müddəti uzadılıb.