Xalq artisti Nazpəri Dostəliyeva nəvəsi Nurələ ad günü edib.
Sənətçinin ailəsi və yaxınlarının iştirakı ilə keçirilən məclis paytaxtın məşhur restoranların birində baş tutub.
7 yaşı tamam olan Nurəlin doğum günündən çəkdiyi videoları Nazpərinin gəlini Ülkər sosial şəbəkə hesabında yayımlayıb.
Görüntülərdə Dostəliyeva gəlini ilə birgə alqışlayaraq qız nəvəsinin üzərində şamlarla bəzədilmiş tortu üfürməsi əks olunub.
Digər kadrlarda isə Nazpərinin masa ətrafında “Dilbərim” mahnısını dinləməsi yer alıb.
Yayımladığı şəkillər arasında isə müğənnin oğlu Əkbər və oğlan nəvəsi də əks olunub.
Qeyd edək ki, Nurəl Xalq artistinin ikinci oğlu Əkbərin qızıdır. Əkbərlə Ülkərin daha bir oğlan övladı da var. N.Dostəliyevanın böyük oğlu Əli bir neçə il əvvəl ürəktutmasından dünyasını dəyişib. Əli ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılıb. Nəvəsi Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. (Olay)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta