Hakim "Gürcü Arzusu" partiyasının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçilən Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvili hökumətyönlü “İmedi” kanalına ilk müsahibəsini verib.Uzun müsahibədən ən maraqlı vacib və maraqlı açıqlamaları seçdik:
- Bu mənim üçün böyük şərəfdir. Komandaya və Bidzina İvanişviliyə təşəkkür edirəm. Təklifə gəlincə, partiyanın fəxri sədri və baş nazir məni görüşə çağırdılar. Təbii ki, namizədliyimin nəzərdən keçirilməsi təklifi gözlənilməz oldu;
- Ölkənin mənafeyinin müdafiəsinə münasibətim başqa formada və təbii ki, deputat və partiya təmsilçisi olduğum mövqedən fərqli olacaq;
- Son illər çıxışlarım cəmiyyətə bir az kobud görünürdü, amma bütün bunlar məqsədli idi, o vəziyyətdə mənim və komandamın qarşısında belə vəzifələr dururdu;
- Mən İsveçrədə yaşamışam və Avropada etirazların necə dağıdıldığını görmüşəm. Onlar Gürcüstandakından daha sərt davranırlar və kişi ya qadına fərq qoymurlar;
- Gürcüstanın dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur. Biz xalqımızın mədəniyyətini, dilini və inancını itirmək istəmirik, biz AB-yə üzv olmaq istəyirik.