AZ

2 mindən çox mağaza, 15 mindən çox işçi - “Mango” necə quruldu?

“Mango” sahibi İsak Andiç Ermayın həyatı ölüm xəbərindən sonra gündəmə gəlib. Xəbər verdiyimiz kimi “Mango”nun qurucusu 71 yaşlı İsak Andiç Ermay dağ gəzintisi zamanı qəza keçirərək dünyasını dəyişib. 

O, 1953-cü ildə İstanbulda Sefarad yəhudi ailəsinin övladı olaraq anadan olub. Atası Manuel Andiç Ermay İstanbuldan elektrik avadanlıqları idxalçısı idi. 

İbtidai məktəbi Tarhan Kollecində, orta məktəbi isə Robert Kollecində oxuyub. 1968-ci ildə Andiç 14 yaşında olarkən atası işsiz olduğu üçün ailəsi ilə birlikdə İspaniyanın Barselona şəhərinə köçdü. Andiç 1984-cü ildə qardaşı Nehman ilə ilk pərakəndə geyim mağazasını açıb. O, İspaniyada qardaşı Nehmanla naxışlı köynəklər tikməyə başlayıb. Beləliklə, o, ali təhsilini yarımçıq qoyub, geyim və tekstil sahəsinə daxil olub. İsak və Nehmanın idarə etdiyi geyim biznesi sonrakı illərdə böyüməyə başladı və bu vəsilə ilə iki qardaş bizneslərini institutlaşdırmaq üçün bir şirkət qurdular. 1979-cu ildə Barselona və Madriddə ilk mağazalarını açdılar. Əvvəlcə yalnız öz brendlərini (“Isak Jeans”) satsalar da, sonradan başqa brendləri də satmağa başladılar. 

Daha sonra iki qardaş “Mango” brendi altında İspaniya, qonşu Portuqaliya və Fransada daha çox mağazlar açdılar. 1984-cü ildə sahibkar Enrik Cusi bu şirkətdən səhmlər alıb, İsak və Nehmanla birlikdə şirkəti idarə etməyə başlayıb. Elə həmin il mağazaların adlarının dəyişdirilərək “Mango” olması qərara alınıb. “Mango” adını seçməsinə səbəb kimi Andiç "Mango” meyvəsinin hər dildə eyni tələffüz edildiyini” və “buna görə də markanın millətlər arasında fərq qoymayacağını” bildirib. 1992-ci ildə ilk xaricdəki mağazasını açıb, 4 il sonra İstanbulda mağaza açaraq Türkiyəyə daxil olub. 2006-cı ildə Andiç İspaniyanın “Banco Sabadell” bankının direktorlar şurasına təyin edilib, 2012-ci ildə isə 7% payla ən böyük səhmdar olub. “Mango” 2007-ci ildə 1 000-ci mağazasına qədər genişləndi. Şirkətdən verilən məlumata görə, pərakəndə satış şirkəti hazırda 120-dən çox bazarda təmsil olunur və 15 min 500-dən çox işçisi var. Andçin oğlu Conatan “Mango”nun idarə heyətində oturur və ehtimal olunan varisidir.

“Forbes”ə görə, Andiç və ailəsinin sərvəti 4,5 milyard dollar dəyərindədir. “Mango”nun 11 ölkəni əhatə edən 2100-dən çox mağazası var və beynəlxalq biznes şirkətin gəlirinin təxminən dörddə üçünü təşkil edir. 2018-ci ildə Fransadan Chevalier de la Legion d'Honneur mükafatını alıb.

Əvəz Həsənov

Seçilən
24
valyuta.az

1Mənbələr