AZ

Qırğızıstan hökumətində kadr dəyişiklikləri – ÖZƏL

Qırğızıstan hökumətində kadr dəyişiklikləri baş verib. Ölkənin iqtisadiyyat naziri Daniyar Amangeldiyev birinci vitse-premyer vəzifəsini icra edən şəxs olaraq təyin edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, Amangeldiyev prezidentin müvafiq fərman imzalamasından sonra tutduğu əvvəlki vəzifədən azad edilib. Onun namizədliyi parlamentin təsdiqinə təqdim olunacaq.

Bundan öncə Nazirlər Kabinetinə Adılbek Kasımaliyev rəhbər təyin olunub. O, əvvəl birinci vitse-premyer vəzifəsində çalışıb. Kasımaliyevin yeni vəzifəyə gətirilməsi əvvəlki baş nazir Aqılbek Japarovun istefası ilə əlaqədardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr