Bu ilin yanvar-noyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölçmə vasitələri və sınaq avadanlıqlarının yoxlanılması və kalibrlənməsi istiqamətində göstərilən xidmətlərə dair məlumat açıqlanıb.
İnstitutun məlumatına görə, hesabat dövründə sınaq avadanlıqlarının metroloji attestasiyası üzrə 5816 xidmət göstərilib, yararsızlıq haqqında 1756 bildiriş təqdim olunub.
Bununla yanaşı, ölçmə vasitələrinin kalibrlənməsi üzrə 1337, ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə 842 metroloji ekspertiza işləri aparılıb, 346 sınaq protokolu tərtib edilib.