Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən maliyyə naziri Samir Şərifov 2025-ci ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı siyasi partiyaları sevindirən məlumat çatdırıb.
Musavat.com-un xəbərinə görə, nazir bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat artırılması nəzərdə tutulub.
Samir Şərifovun sözlərinə görə, bu da əvvəl nəzərdə tutulan vəsaitdən 20 faiz artıqdır.
E.Paşasoy,
Musavat.com