AZ

Aİ Suriyanın yeni hakimiyyət orqanları ilə diplomatik təmaslara başlayır

Avropa İttifaqı diplomatı Dəməşqdə Suriyanın yeni liderləri ilə əlaqə saxlayacaq.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.

Onun sözlərinə görə, Aİ-nin Suriyadakı baş diplomatına Dəməşqə getmək və ölkənin yeni hökuməti ilə əlaqə saxlamaq tapşırılıb.

Kallas diplomatın bazar ertəsi Dəməşqə gedəcəyini bildirib.

phrase_var_article.chosen
28
1
apa.az

2phrase_var_article.sources