AZ

Suriyanın pul vahidi dəyişdiriləcək

“Heyət Təhrir əl-Şam”ın lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd-əl Şaraa Suriyanın gələcək idarəçiliyi ilə bağlı açıqlama verib. 

“Cebheinfo.az"-ın məlumatına görə, Colani Suriyanın yeni valyutasının qəbul ediləcəyini deyib. 

 “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Colani Suriyada həyata keçiriləcək islahatlardan söz açıb. O, məcburi hərbi xidmətin və silahlı qrupların ləğv ediləcəyini, silahların yalnız dövlətin əlində olacağını deyib.

“Çox əhəmiyyətli iqtisadi qərarlar qəbul ediləcək”,- deyən Colani mövcud pul vahidi sabitləşdikdən sonra yeni milli valyutanın qəbul ediləcəyini də açıqlayıb. Digər tərəfdən, Colani müsahibəsində bildirib ki, dağılmış evlərin tikintisi və son mühacirə qədər bütün qaçqınların geri qaytarılması prioritet olacaq.

Seçilən
22
3
cebheinfo.az

6Mənbələr