AZ

Bordyujanın etirafları düşmənimizin necə güçlü olduğunu bir daha təsdiq etdi - ANALİZ

Hələ 44 günlük müharibə zamanı Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı Azərbaycan hökuməti tərəfindən Rusiyadan rəsmi cavab tələb etsə də, Moskva nə cavab verəcəyini bilmədiyi üçün xeyli müddət susur. “Rusiya ərazisindən “İsgəndər M” raketlərinin buraxılmasının müəyyən edilməyib” cavabı isə məsələdən yayınmaqdan başqa bir şey deyildi.

Rusiyaya məxsus Skad  ballistik raketi, yer-yer tipli TOÇKA-U raketi və reaktiv yaylım atəşi sisteminə, dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri olmayan “Smerç” ermənistanın Azərbaycan ərazisinə atdığı silahlardır.

Təəccüblüydümü? Xeyir! 2020-ci ilin iyulunda Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda Rusiya Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi. Özü də hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılırdı.

Ümumiyyətlə, Ermənistanın silahlandırılması hər zaman Rusiya tərəfindən həyata keçirilib və Ermənistanın büdcəsinin o silahları almaq gücündə olmaması da reallıqdır. Deməli, Rusiya hər zaman erməniləri təmənnasız olaraq silahlandırıb.
 Məsələn, 2009-cu ildə Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verdiyini unutmamışıq! Hətta 2016-cı ilin fevralında rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzaladılar. 10 il müddətinə! Məlum oldu ki, vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.

Həmin sənədə əsasən Ermənistan Rusiyadan “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri aldı. Bu saziş və alverdən cəmi 2 ay keçməmiş Azərbaycanla Ermənistan arasında Aprel döyüşləri baş verdi və 101 hərbçimiz şəhid oldu,  5 hərbçimiz itkin düşdü, 44 hərbçimiz yaralandı, 6 mülki şəxs həlak oldu, 26 mülki şəxs yaralandı.

1 Mi-24 helikopter vuruldu və 1 PUA itdi, 1 tankımız məhv edildi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusunun üstünlüyünü görən Rusiya təcili dövriyyəyə girərək, döyüışü dayandırdı.
Yəqin ki, mənim kimi bir çoxunuz Ermənistanın sabiq müdafiə naziri, hazırda isə parlamentin deputatı olan hərbi cinayətkar Seyran Ohanyanın bu etirafını unutmamısınız: “Təkcə nazir olduğum 2008-2016-cı illərdə Rusiyadan Ermənistana silah daşınan 1500 təyyarə reysi həyata keçirilib”.
 Yeri gəlmişkən hətta bu ilin yanvarında Ermənistan parlamentinin Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan  elan etdi ki, Rusiyadan alınan silahların ilk partiyası artıq Ermənistana təhvil verilib.

Bu gün Rusiyanın rəsmiləri Ermənistanın onlara qarşı naməırdliyini gördükcə, “qardaş”ının nəinki Rusiya silahlarından imtina edərək Fransa, ABş, Hindistan İran, Yunanıstan istehsalı olan silahlara maraq göstərməsini, üstəlik başında Rusiya hökmran olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) -dən ayrılmasını müşahidə etdikcə yanıb yaxılır, “yanğı”dan etiraf etmək məcburiyyətində qalırlar.
2003-2016-cı illərdə KTMT -nin baş katibi olmuş Nikolay Bordyujanın etirafları yetir ki, Rusiyanın Azərbaycana qarşı heç vaxt səmimi olmadığını duyaq.  Bordyuja Ermənistanın KTMT üzvlüyünü dayandırması “böyük səhv”adlandırıb və təəsüflə qeyd edib ki, biz ermənilərə “yaman çox köməklik edirdik”: “Ermənistanın hərbi qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli - hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər, yardım alıblar. Sadəcə rəqəmlər gizlidir, ancaq onu bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlüklə Ermənistana kifayət qədər maliyyə xərcləyib. Söhbət böyük rəqəmlərdən gedir”

Qeyd edək ki, Mart ayında Ermənistan ona təklif edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina etdi. Ermənistanın baş naziri Nikol Paşinyan  rəsmi İrəvan KTMT-də iştirakını dondurub -dedikdən sonra Caliber.az sentyabrın 14-də "Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir" məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirdi. Moskva İrəvana böyük miqdarda "Smerç" reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başladı. Amma Paşinyan hələki geri addım atmayıb və “peşmançılığını” bildirməyib. Görünən odur ki, Paşinyan “peşmançılığını” bildirmədiyi zamanda Rusiya rəsmiləri etiraflarını çoxaldacaq.

Əntiqə Rəşid

Seçilən
18
adalet.az

1Mənbələr