AZ

Azərbaycanın Milli Qəhrəmanı - ilk şəhid qadın jurnalist Salatın Əsgərovanın doğum günüdür

Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, 4 il sonra isə "Azərbaycan Gəncliyi" qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər. Salatın Əsgərova 1991-ci il yanvarın 9-da erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin "N" saylı hərbi hissəsinə məxsus avtomaşının pusquya salınması nəticəsində şəhid olub.

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il 294 saylı Fərmanı ilə Salatın Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb.

Ruhu şad olsun!

 

Seçilən
7
qht.az

1Mənbələr