AZ

Azərbaycan Şahmat Federasiyası ilin yekunlarına həsr olunan tədbir keçirib

Azərbaycan Şahmat Federasiyası ilin yekunlarına həsr olunan tədbir keçirib.

Tədbirdə Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin rəhbərliyi, həmçinin şahmatçılar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ilin yekunlarına dair müxtəlif məlumatlar paylaşıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov isə çıxışında beynəlxalq turnirlərdə, həmçinin Azərbaycanda keçirilən yarışlarda şahmatçıların çıxışı barədə fikirlərini bölüşüb. O, nəticələrin uğurlu olduğunu söyləyib.

Gənclər və idman naziri Fərid Qayıbov da şahmatçıların uğurlarını xüsusi qeyd edib və növbəti yarışlarda onlara daha böyük qələbələr arzulayıb.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının ilin yekunlarına dair hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirdə şahmatçılar təltif olunub. Azərbaycan tarixində qadınlar arasında Avropa çempionatında ilk dəfə birinci olan Ülviyyə Fətəliyevaya və 20 yaşadək qızlar arasında dünya çempionatında bürünc medal qazanan Ayan Allahverdiyevaya təşəkkürnamə verilib.

Kişi şahmatçılardan Vüqar Manafovla Elmar Atakişiyevə V Avropa Universitet Oyunlarında komanda yarışında rapid üzrə birinci, blitsdə ikinci yeri tutduqlarına görə təşəkkürnamə verilib.

Həmçinin adıçəkilən şahmatçılara pul mükafatları təqdim olunub.

Seçilən
21
cbcsport.az

1Mənbələr