AZ

Alternativ xidmət üçün müraciət edənlərin sayı məlum oldu

“Alternativ xidmət hələ pullu xidmət demək deyil. Bu, dünya praktikasında da belədir. Çağırışçı bir il xidmət edirsə, alternativ xidmət iki dəfə artıq olur. Bu da əsasən müharibə vaxtı deyil, sülh dövründə olur. Konkret olaraq harada xidmət keçmələri haqqında müvafiq məlumatlar verilir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

“Bu gün təxminən 15-16 nəfər yaxın belə vətəndaşımız var. Bunlar Yehovanın Şahidləri dini qurumlarına məxsusdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Həmin şəxs müraciət etməzdən əvvəl dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təsdiq edən sənədləri təqdim etməlidir”, – deyə komitə sədri bildirib./unikal

phrase_var_article.chosen
8
7
yenicag.az

10phrase_var_article.sources