Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ-nin bu gün Dəməşqə diplomatik nümayəndə heyəti göndərəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas mətbuata açıqlamasında nazirlərin gündəmindəki ilk məsələ Suriyada müəyyən inkişafla bağlı olduğunu bildirib:
"Suriyadakı ən yüksək səviyyəli diplomatlarımız bu gün Dəməşqdə olacaq. Mən onlardan Dəməşqə getmələrini və yeni hökumətlə, oradakı insanlarla əlaqə saxlamalarını xahiş etdim".
"Bu gün biz xarici işlər nazirləri ilə Suriyanın yeni rəhbərliyi ilə hansı səviyyədə qarşılıqlı fəaliyyət göstərəcəyimizi müzakirə edəcəyik", - deyə Kallas əlavə edib.
Ali Nümayəndə qeyd edib ki, Suriyada Baas rejimindən sonra qurulacaq yeni administrasiyanın hərəkətləri Aİ-nin qarşıdakı həftələrdə atacağı addımlarda həlledici olacaq.