AZ

Övladımızı telefon asılılığından necə xilas edək? - PSİXOLOQ FİKRİ

Məlumdur ki, günümüzdə uşaqların əksəriyyəti telefondan asılı vəziyyətdədir. Bəs, bunun qarşısı necə alınmalıdır? Hansı addımlar atılmalıdır? SİA mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubovanın fikirlərini öyrənib.

Psixoloq bildirib kİ, uşaqların telefon asılılığından xilas olması üçün valideynlər aşağıdakı addımları ata bilərlər: "

- Uşaqlar valideynlərini təqlid edir. Əgər siz telefon istifadəsini məhdudlaşdırırsınızsa, onlar da bunu nümunə götürəcəklər.

- Ailə daxilində müəyyən saatlarda telefondan istifadəni tam dayandırmaqla sağlam vərdişlər formalaşdırın.

- Telefon istifadəsi üçün gün ərzində konkret vaxtlar müəyyənləşdirin. Məsələn, yemək zamanı və ya yatağa getmədən bir neçə saat əvvəl telefondan istifadəyə icazə verməmək vacibdir.

- Uşaqların vaxtını daha səmərəli keçirməsi üçün maraqlı alternativlər yaradın. Oyunlar, idman fəaliyyətləri, ailəvi gəzintilər və ya yaradıcı məşğuliyyətlər onların diqqətini telefondan yayındıra bilər.

- Telefonu yaxşı davranışa görə mükafat, ya da pis davranışa görə cəza kimi təqdim etmək asılılığı daha da artırır.

- Əvəzində onların müsbət davranışlarını başqa yollarla dəyərləndirin.

- Uşaqlara telefonun nə üçün istifadə olunacağını, zərərli məzmunlardan uzaq qalmağı və vaxtını necə balanslaşdırmağı öyrədin".

Zeynəb Eyyubova sözlərinə belə davam edib: "Uşaqlar bəzən telefona diqqət çatışmazlığı və ya emosional ehtiyaclarını təmin etmək üçün yönəlirlər. Onlarla açıq ünsiyyət qurmaq və onların emosional ehtiyaclarını qarşılamaq çox önəmlidir.

Telefonun həddindən artıq istifadəsinin sağlamlığa və psixoloji vəziyyətə necə təsir etdiyini uşaqlara izah edin.

Unutmayın ki, uşaqları telefon asılılığından uzaqlaşdırmaq tədricən həyata keçirilən prosesdir. Valideynlərin dəstəyi, səbrli və ardıcıl yanaşması bu problemin həllində əsas rol oynayır".

Ayşən Vəli

Seçilən
12
sia.az

1Mənbələr