AZ

Aİ diplomatları Suriyaya gedirlər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Suriyanın yeni hökuməti ilə diplomatik təmasların başlandığını bəyan edib. 

Bu barədə Aİ-nin diplomatik xidmətinin başçısı Kaya Kallas məlumat verib.

Kallas deyib: "Mən Aİ səfirlərinə Dəməşqə yollanmaq və Suriyanın yeni hakimiyyəti ilə əlaqə qurmaq vəzifəsini tapşırmışam".

Onun sözlərinə görə, Aİ XİN rəhbərləri Avropa İttifaqının Suriyanın yeni hakimiyyəti ilə "necə və hnası səviyyədə" münasibət qurmaq məsələsini və "Suriya rəhbərliyinin düzgün istiqamətdə hərəkət edəcəyi təqdirdə onlara nə təklif edə biləcəklərini" müzakirə edəcəklər.

Hürr Tərcüman

 

Seçilən
23
hurriyyet.az

1Mənbələr