AZ

İsrail bu ölkədə səfirliyini bağlayır

İsrail İrlandiyadakı diplomatik səfirliyini bağlamağı düşünür.

Yenisabah.az xəbər verir ki, Tel-Əviv adminstrasiyası İrlandiyanın anti-İsrail siyasətinə görə bu ölkə ilə siyasi-iqtisadi əlaqələri minimuma endirəcək.

İsrail xarici işlər naziri Qideon Saar Dublini “qırmızı xətt”ləri tapdalamaqda təqsirləndirib. İrlandiya baş naziri Simon Harris isə İsrailin bu açıqlamasını təəssüf hissi ilə qarşılayıb.

Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar ucbatından İsrailin İrlandiya ilə münasibətləri son dərəcə gərgindir. Dublin rəsmiləri yaxın zamanda Fələstini müstəqil dövlət kimi tanıyacağını bildiriblər.


Telegram kanalımız
Seçilən
16
yenisabah.az

1Mənbələr