Bu ilin yanvar-oktyabr aylarında ölkədə 34,3 min tondan çox duru bitki yağları istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 9,3 faiz və ya 2,9 min ton artıb.
Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 16,4 faiz və ya 623,4 ton artım qeydə alınıb. Oktyabr ayında 4,4 min ton duru bitki yağları istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 2,9 min ton təşkil edib.