AZ

“Azərpambıq Aqrar Sənaye Kompleksi?nin nizamnamə kapitalı 450 min manat artırıldı

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 133 285 833 manatdan 133 735 954 manata çatdırılıb.

Belə ki, şirkətin nizamnamə kapitalı 450 121 manat artırılıb.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.

Seçilən
15
banker.az

1Mənbələr