AZ

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 15-ci sanksiya paketini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Avropa ittifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şura bu gün Rusiyanın Ukraynaya qarşı müharibə imkanlarını daha da məhdudlaşdırmaq məqsədi ilə 15-ci sanksiya paketini qəbul edib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas vurğulayıb ki, bu addım Ukraynaya davamlı dəstəklə bağlı Aİ dövlətlərinin birliyini göstərir:

"Bizim bilavasitə prioritetimiz Ukraynanı mümkün olan ən güclü mövqeyə çatdırmaqdır. Biz humanitar, iqtisadi, siyasi, diplomatik və hərbi - bir sözlə, bütün cəbhələrdə Ukrayna xalqının yanında olacağıq. Ukraynanın qalib gələcəyinə şübhə ola bilməz".

Qeyd edək ki, sanksiya Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 84 şəxs və quruma (54 şəxs, 30 qurum) şamil olunub.

Seçilən
5
5
azpolitika.info

5Mənbələr