AZ

Arzu Soltan: Müəllimlərə dəstək olmaq əsas məqsədimizdir

“Yüksək insani keyfiyyətlərə və bacarıqlara malik, ləyaqətli vətəndaş yetişdirmək hər zaman dövlətin əsas məqsədi olub. Bu istiqamətdə təhsilin və valideyn seçiminin əhəmiyyəti daim yüksəkdə durur. Təsadüfi deyil ki, 1930-cu ildən etibarən jurnalımız "Müəllimə kömək" adı ilə fəaliyyət göstərib. Bu ad jurnalımızın məqsədini çox gözəl ifadə edir”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu “Azərbaycan məktəbi" jurnalının yüzilliyinə həsr edilmiş "Azərbaycan məktəbi 100" adlı tədbirdə jurnalın baş redaktoru Arzu Soltan deyib.

Onun sözlərinə görə, təhsillə bağlı aparılmış tədqiqatlar göstərir ki, müasir dünyada hər bir uğurun təməlində təhsil dayanır:

“Azərbaycanın təhsil jurnalı olaraq, məhz bu həqiqətləri cəmiyyətə çatdırmaq və müəllimlərə dəstək olmaq əsas məqsədimizdir. Artıq 80 ildir ki, “Azərbaycan məktəbi” adı ilə fəaliyyət göstərən jurnal öz ülvi məqsədlərinə xidmət edir”. 

Baş redaktor sonda jurnalın 100 illik yubiley tədbirinin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

 

Seçilən
15
tehsil.biz

1Mənbələr