Ötən gecə İsrail ordusu Suriyanın qərbində, Rusiya hərbi bazalarının yerləşdiyi Tartus liman şəhərindəki hərbi obyektlərə hava zərbələri endirib.
Məlumata görə, zərbələr nəticəsində seysmik sensorlar 3 bal gücündə zəlzələ qeydə alıb. Həma əyalətindəki raket qurğularının da hücuma məruz qaldığı vurğulanıb. Məluatı Suriya İnsan Haqları Müşahidə Qrupu təsdiqləyib.
"Cebheinfo.az"