AZ

Beş ay dərqlə iki ölüm: Əvvəl özü, sonra əri öldü - Məşhurları qəbirə aparan "lənətli ev"

2009-cu ilin 20 dekabrında parlaq gələcəyi vəd edən gənc Hollivud ulduzu Britani Mörfinin evində gözlənilmədən ölümü dünyanı şoka salmışdı. Bu, məşhur aktrisanın taleyini dəyişdirən və illər sonra da müzakirə edilən faciənin başlanğıcı oldu.

Məşhur ev: Britney Spears və Britani Mörfinin keçmiş evi
 



Qaynarinfo xəbər verir ki, mörfinin faciəli şəkildə öldüyü bu üç mərtəbəli malikanə, daha əvvəl məşhur müğənni Britni Spirsə məxsus idi. Spirs həmin dövrdə sevgilisi Castin Timberleyk ilə birlikdə bu evdə yaşayırdı. Lakin evin "qorxunc ruhlarla" dolu olduğunu iddia edən Spirs buradan tez bir zamanda köçmüş və 2003-cü ildə malikanəni Britani Mörfiyə satmışdı.

Britani Mörfi evi tamamilə mebelli şəkildə 3,85 milyon dollara almışdı. Lakin onun bu evdə həyatı xoşbəxt sonla bitmədi. Sağlamlıq problemi olmayan gənc aktrisa 32 yaşında bu evdə gözlənilmədən vəfat etdi.

Beş ay sonra: Simon Monçek də eyni taleyi yaşadı
 

Mörfinin faciəli ölümündən cəmi beş ay sonra, onun 40 yaşlı həyat yoldaşı, ingilis ssenarist Saymon Monçek də eyni evdə dünyasını dəyişdi. Ər-arvadın hər ikisinin ölüm səbəbi kimi ağciyər iltihabı və qanazlığı göstərildi. Lakin bu iki ölüm ətrafında yaranan müəmmalar həllini tapmadı.



Kif iddiası və hallüsinasiya təcrübələri
 

Monçekin anası Linda Monçek evdə ciddi kif problemi olduğunu iddia edərək, oğlunun dəri altından bir şeylərin "çıxdığı" barədə hallüsinasiya gördüyünü söyləmişdi. Buna baxmayaraq, məhkəmə-tibbi ekspertlər evdə belə bir təhlükənin mövcud olmadığını açıqladı.

Britni Spirsin metafizik təcrübələri
 

Bu malikanədə yaşadığı dövrdə Britni Spirs də qəribə hadisələrlə qarşılaşdığını iddia etmişdi. Spirs, evdə "ruh qapısı"nın açıldığını və mənfi enerjili varlıqların onu pilləkənlərdən itələməyə çalışdığını söyləyirdi. Müğənni bu səbəbdən evdən ayrılmış və Casa Del Mar otelinə sığınmışdı.

Brittani Mörfinin narahatlıqları
 

Britani Mörfi də evdə "narahatlıq hiss etdiyini" tez-tez həyat yoldaşı ilə bölüşürdü. Həyat yoldaşı Monçek Mörfinin evdə qalmamaq üçün bəhanələr axtardığını bildirmişdi. Təəssüf ki, cütlükdən hər ikisi eyni evdə həyatını itirdi.



"Lənətli ev" yenidən satışda
 

Məşhur aktrisanın ölümündən sonra "lənətli ev" adlandırılan malikanə bir neçə dəfə satışa çıxarılıb. Tamamilə yenilənmiş dizaynı ilə bu ev hazırda 18 milyon dollar qiymətində yeni sahibini gözləyir.

Aradan 15 il keçməsinə baxmayaraq, Britani Mörfi və Saymon Monçek cütlüyünün ölüm səbəbləri ilə bağlı suallar hələ də cavabsızdır. Bu hadisələr, evi əfsanələr və müəmmalarla dolu bir yerə çevirərək tarixdə iz buraxıb.

Aydın



Seçilən
43
6
qaynarinfo.az

7Mənbələr