AZ

Antibiotik müalicəsindən sonra DİETA– Nələri yeməlisiz?



Bir çox həkimlər antibiotik müalicəsindən sonra dieta, probiotik və göbələk əleyhinə müalicə tələb edir.

Antibiotiklər bağırsaq mikroflorasını pozur, bərpa üçün azı 6 ay vaxt tələb olunur.


“Medicina” xəbər verir ki, sovet dövründə bu pozulma disbakterioz adlanırdı. Lakinm müasir həkimlər bu diaqnozu ciddiyə almır.

Onlar bildirir ki, sağlam insanda antibiotiklərdən sonra mikroflora öz-zünə bərpa olacaq.

Qastroenteroloq Tyen Donq disbakteriozdan qaçmaq və bərpa üçün düzgün dieta tövsiyə edib.

“Antibiotiklərin həzm sistemi və mikrofloraya təsirini meşəyə düşmüş yanğına bənzətmək olar.
Bitkilər və heyvanlar, köklər yanır, qaçan qaçır. Orda yanğından sonra tez çoxalan bakteriya, alaq otu artır.

Antibiotiklərdən sonra tez bərpa olan bakteriyalar ən tez yayılan və artan olur.

Geniş spektrli antibiotik tabletıləri mikrofloranı ciddi məhv etmir.
Zamanla qida və ətrafdan həzm sisteminə düşən faydalı bakteriyalar bu alaq otlarını təmizləyəcək.


Sağlam insanda, gənclərdə bu proses 2-5 ay çəkə bilər. Lakin uşaq, hamilə, yaşlılarda proses ləng gedir.
Xüsusən insan il ərzində 2-3 dəfə antibiotik kursu alırsa, mikroflora bərpaya vaxt tapmır.

Ona görə düzgün dieta vacibdir. Bu dietaya liflə
zəngin qidalar daxildir.

Sutkada 30 qram lif qəbul etmək lazımdır. Lif soğa, sarımsaq, banan, paxlalılarda, sparjada, meyvə-tərəvəzdə boldur.

Antibiotiklər həzm sisteminə əks təsir edir: köp, ishal, spazmı, ürəkbulanma.

Bu zaman çoxlu lif simptomları daha da artırır. Ona görə dietaya tədricən başlamaq, quru qidalanmaq və bol su içmək lazımdır.


Eləcə də fermentləşdirilmiş qidalar- kefir, qatıq, kələm turşusu faydalı bakteriyaları artırır.

Aygün Musayeva

phrase_var_article.chosen
37
3
medicina.az

4phrase_var_article.sources