AZ

Dövlət xidmətində ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarla maarifləndirici görüş keçirilib » AzadMedia.az


Görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində göstərilməli olan məlumatlar barədə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, istehlakçıların qarşılaşdığı problemlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlak bazarında satılan ətriyyat-kosmetika vasitələri ilə bağlı müşahidə olunan pozuntuların dövlət-özəl tərəfdaşlığı çərçivəsində müzakirəsi və onların aradan qaldırılması məqsədilə ətriyyat-kosmetika vasitələrinin satışını həyata keçirən sahibkarlarların iştirakı ilə maarifləndirici görüş keçirilib.
Görüşdə ətriyyat-kosmetika vasitələrinin üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi, məhsulların üzərində yararlılıq müddətinin göstərilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, həmçinin ətriyyat-kosmetika mallarının satışı xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Görüş zamanı sözügedən bazarda mövcud olan çatışmazlıqlar və onların həlli yolları, istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə ətraflı müzakirələr aparılıb. Eyni zamanda sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Seçilən
18
7
azadmedia.az

8Mənbələr