AZ

“Qadın Dəstək Xətti” son 5 ayda 502 müraciət qəbul edib

“Ümidli Gələcək” Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova QHT.az-a açıqlamasında bildirib ki, Azercell-in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə son 5 ayda müxtəlif mövzularla bağlı 502 müraciət daxil olub: 

"Layihənin əsas məqsədi çətin həyat şəraitində olan qadın və qızlara hüquqi, psixoloji və sosial dəstək göstərməkdir. “Qadın Dəstək Xətti” peşəkar işçi heyəti ilə 24 saat fəaliyyət göstərir və müraciətlər 116111 qısa nömrəsi vasitəsilə qəbul olunur. Bu layihə qadınların qarşılaşdığı problemlərin həlli istiqamətində əhəmiyyətli bir addım olaraq, cəmiyyətin sosial dəstəyə ehtiyac duyan təbəqələrinə kömək etməyi hədəfləyir".

Seçilən
25
qht.az

1Mənbələr