AZ

Rəsmi Moskva: Rusiya Paşinyanın MDB dövlət başçılarının görüşündə iştirakına ümid edir

Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-formal görüşündə iştirakına ümid edir.

APA-nın "RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib:

“Görüşə dəvət hər kəsə göndərilib. Bu gün hələ 16 dekabr tarixidir, bu görüş isə bir qədər sonra baş tutacaq. Ümid edirik ki, dəvət olunan şəxslərin hamısı, o cümlədən Nikol Paşinyan da Sankt-Peterburqa gələcək. Biz buna inanırıq, sonrasına isə baxarıq” – deyə, M. Qaluzin bildirib.

Seçilən
8
3
apa.az

4Mənbələr