AZ

Dəməşqdə kütləvi məzarlıq aşkar edildi

Suriyanın paytaxtı Dəməşq yaxınlığında Bağdad körpüsü bölgəsində Əsəd rejimi tərəfindən öldürülən mülki şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkar edilib.

“Cebheinfo.az” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Suriyada Baas rejiminin süqutundan sonra axtarış işləri çərçivəsində kütləvi məzarlıqlar üzə çıxarılır.

Bildirilib ki, həmin ərazidə insan sümükləri ilə dolu xəndəklər var. 

Dəlillər onu göstərir ki, qurbanlar müxtəlif həbsxanalarda, o cümlədən Sednaya həbsxanasında işgəncələrdən və ağır şəraitdən ölən şəxslərdir. 

Qeyd edək ki, Dəməşq yaxınlığındakı Sednaya həbsxanasından çəkilmiş görüntülər və videogörüntülər devrilmiş Suriya rejiminin məhbuslarla amansız rəftarını ortaya qoyur.

“Amnesty İnternational” (Beynəlxalq insan haqları təşkilatı” təşkilatının 2017-ci il hesabatında qeyd olunur ki, Sednaya həbsxanasında məhbuslar müxtəlif ağır işgəncələrə məruz qalırlar, hətta onlar edam edilirlər.

Xatırladaq ki, Suriyanı 25 ilə yaxın idarə edən sabiq prezident Bəşər Əsəd dekabrın 8-də müxalif Heyət Təhrir əl-Şam (HTS) qüvvələrinin 12 günlük intensiv hücumu nəticəsində postunu tərk edərək Rusiyaya qaçıb. 

Seçilən
32
cebheinfo.az

1Mənbələr