AZ

İsrail Suriyanın hərbi potensialını niyə MƏHV EDİR?

İsrail ordusu Suriyanın Latakiya və Tartusdakı hərbi obyektlərinə zərbələr endirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, beynəlxalq hərbi ekspertlər bunu 2012-ci ildən bəri regiona edilən ən güclü zərbə adlandırır.

İnternetdə yayılan görüntülərdə parlaq yanğın görünür, sursat partlamaları eşidilir. "Al Mayadeen" telekanalı xəbər verir ki, hücumlar dekabrın 16-na keçən gecə baş verib. Həmçinin, RİA Novosti mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Həma və Homs əyalətlərindəki hərbi hədəflərə də hücum edib. Keçən həftə İsrail Müdafiə Nazirliyi bildirib ki, İsrail silahların yaraqlıların əlinə keçməsinin qarşısını almaq üçün Suriyanın hərbi imkanlarını məhv etmək qərarına gəlib. Qolan yüksəklikləri ərazisində nəzarət genişləndirilir. Hakimiyyət ərazini israillilərlə doldurmaq planını açıqlayıb.

Yerli mülki sakinlər arasında çoxlu yaralananların olduğu bildirilir. Eyni zamanda, İsrail başqa cəbhədə də irəliləyir.

Qolan təpələrindəki hücum indiyədək qansız keçib. "Reuters" xəbər verir ki, orada demoqrafik artım proqramı işə salınacaq. Qolan əhalisinin iki dəfə artırılması qərara alınıb. İndi bu ərazidə 31 min israilli və 24 min druz yaşayır - bunlar İslamın qollarından birini qəbul edən ərəblərdir. Onların əksəriyyəti özlərini suriyalı kimi təqdim edir. İsrail beynəlxalq hüquqa görə Suriya ərazisi sayılan Qolan bölgəsinin dirşəlişi üçün 11 milyon dollar ayıracaq.

Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri İsrailin bu qərarını pisləyib. İsrail mətbuatı iddia edir ki, Suriyanın cənub sərhədində yerləşən altı druz kəndi respublikada yeni gücə çevrilən qüvvələrə tabe olmamaq üçün könüllü olaraq İsrailə qoşulmaq qərarına gəlib.

İsrailin baş naziri bütün bu addımları Donald Trampla müzakirə edib. Benyamin Netanyahu ABŞ-ın seçilmiş prezidentini dostu adlandıraraq, telefon danışığının “çox isti olduğunu” söyləyib. Siyasətçilər Suriya və Qəzza zolağında HƏMAS-ı məğlub etməyin zəruriliyindən danışıblar. CNN qeyd edir ki, İsrail Dəməşqin daxili işlərinə qarışmağı planlaşdırmır, lakin xatırladır ki, Suriya İrana öz ərazisindən “Hizbullah”ı silahlandırmağa icazə verib. Buna görə də Netanyahu Tehrana qarşı lazım bildiyi kimi hərəkət etmək hüququnu özündə saxlayır.

 

Seçilən
27
ikisahil.az

1Mənbələr