AZ

Ukrayna daha bir yaşayış məntəqəsini itirib

Rusiya hərbçiləri "Donetsk Xalq Respubikası"nda (DXR) Yelizavetovkanı azad ediblər. Bu barədə bazar ertəsi, dekabrın 16-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda “Cənub” qoşun qruplaşmasının şəxsi heyətinin uğurlu fəaliyyətləri qeyd edilib.

"Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş, aviasiya, hava hücumu briqadasının və iki müdafiə briqadasının birləşmələri DXR-in Seversk, Beloqorovka, Trudovoye, Ostrovski, Kuraxovo və Daçnoe yaşayış məntəqələri ərazilərində darmadağın edilib", - Rusiya MN bəyan edib. 

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə itkiləri 345 hərbçi təşkil edib.

Dekabrın 15-də Rusiya Müdafiə Nazirliyi qondarma "DXR"-də Puşkino və Veseli Qay yaşayış məntəqələrini zəbt etdiyini elan etmişdi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural
Seçilən
21
news365.az

1Mənbələr