AZ

BMT ERMƏNİSTANLA BAĞLI YEKUN MÜŞAHİDƏLƏRDƏ STM -İN HESABATINDAN DA İSTİFADƏ EDİB

BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsi 114-cü sessiyasının yekunlarına əsasən Ermənistanla bağlı qəbul etdiyi yekun müşahidələrdə (Concluding observations) tərəfimizdən verilən alternativ hesabatın bir necə hissəsindən istifadə edib. TEZADLAR.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov özünün sosial media hesabında bildirib. 

Biz sessiyadan qabaq komitə üzvləri üçün brifinq keçirib bəyanat da təqdim etmişdik. Həmçinin Ermənistan üzrə həmməruzəçilərlə qeyri-formal görüşülərimiz də olmuşdu. Sessiya dövründə yalnız Azərbaycanla bağlı 10-a qədər sual verildi. Sullardan biri də bizim hesabatda geniş əksini tapan girov və əsir götürlümüş və itkin düşmüş şəxslərlə bağlı idi. Biz hesabatda indiyədək Ermənistanın bu şəxslərin taleyi haqda məlumat vermədiyini, işğaldan azad edilmiş ərazilərdə indiyədən 18 kütləvi məzar yerinin tapıldığını qeyd etmişdik. Komitə üzvləri Ermənistanın rəsmi nümayəndə heyətinə məlumatın verilməməsinin, Azərbaycanla bununla bağlı əməkdaşlığın edilməməsinin səbəblərini soruşmuşdu. Xarici İşlər Nazirinin müavini isə Komitə qarşısında söz vermişdir ki, bundan sonra həm Azərbaycanla, həm də Beynəlxalq Qırımızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək məlumatları verəcəklər. Əlbəttə, onların söz verməsi, hələ sözlərinə əməl edəcəkləri anlamı vermir. Amma əməl etməsələr biz izləmə (Follow-up) proseduru çərçivəsində bir daha qaldıracağıq. Komitənin bunla bağlı narahatlıq və tövsiyəsini aşağıda veririk.

Qeyd edək ki, bizimlə yanaşı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi, SKM və Ombudsman ofisi də alternativ hesabat təqdim etmişdir.

Seçilən
8
tezadlar.az

1Mənbələr