AZ

İşğaldan azad olunmuş ərazilərimiz üçün güzəşt və stimul paketi sahibkarlığın inkişafına xidmət edir

Həm 2025-ci ildə, həm də yaxın gələcəkdə qarşımızda duran əsas məsələlərdən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və orada iqtisadi infrastrukturun inkişaf etdirilməsi olacaq.

Bunu “Dayaq” mükafatının təqdimat mərasimində çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

E.Əliyevin sözlərinə görə, bu sahədə sahibkarlar fəallıq göstərirlər: “Eyni zamanda, dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək. Artıq investorlar “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı və Ağdam Sənaye Parkının imkanlarından istifadə edirlər. Ötən ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərimiz üçün Vergi Məcəlləsi və Əmək Məcəlləsində geniş güzəşt və stimul paketi təsdiq edilib. Bu tədbirlər işğaldan azad olunan ərazilərimizə sərmayə cəlb olunması, bu bölgəmizdə sahibkarlığın inkişafı, biznesin çiçəklənməsinə xidmət edir”.

phrase_var_article.chosen
12
3
vergiler.az

4phrase_var_article.sources