AZ

2025-ci ildə bu bürcləri nələr gözləyir? – MƏŞHUR ASTROLOQ SİRLƏRİ AÇDI - ÖZƏL MÜSAHİBƏ - VİDEO

\"Karma ili” kimi dəyərləndirilən 2024–cü ilin bitməsinə sayılı günlər qalıb. Qarşıdan gələn 2025-ci ilin astrologiyada bir sıra bürclər üçün dəyişim ili olacağı gözlənilir.

Astroloq Rəşad Hacıyev AZXEBER.COM-a verdiyi müsahibəsində 2025-ci il bürcləri nələr gözlədiyinin proqnozunu açıqlayıb.

O, 2025-ci ilin tamamlanma ili olduğunu, uzun müddətdir yarım qalan işlərin bitəcəyini, habelə ailə və yuva mövzularının olduqca aktual olacağını bildirib:
\"2025-ci ili ümumilikdə gözəl il kimi dəyərləndirə bilərik. Həyatımızla bağlı çox böyük tamamlanmalar yaşanacaq. Uzun zamandır tamamlanmağını gözlədiyimiz mövzular bitiş nöqtəsinə çatacaq. Pulsuzluqdan əziyyət çəkiriksə, sevgisizlik yaşayırıqsa, evliliklə bağlı çətin bir dönəmdirsə, hər hansı xəstəlikdən əziyyət çəkirsinizsə, bir sözlə nəyə ilişib qalmışıqsa bunları qıracağımız dövr olacaq. 

Bununla yanaşı, 2026 və 2027-ci illəri \"küllərindən doğulma ili” kimi qiymətləndirə bilərik. İş həyatımızda böyük dəyişimlər yaşana bilər. Yep-yeni iş sahələrinə keçə bilərik. Peşələrimizi dəyişə bilərik. 

Paralel olaraq sağlamlığımıza diqqət etməli olduğumuz il olacaq. Bu il insanlar sağlamlığın önəmini bir daha başa düşəcəklər. Hər kəsin öz qida rasionuna diqqət edəcəyi önəmli bir il olacaq. Ev heyvanları ilə bağlı xəbərlər dünyanın əsas gündəminə çevriləcək. Ruhani, mənəvi olaraq şəfalanacağımız bir ildir. 
Bizi yoran şüuraltımız, pis düşüncələr, fikirlər varsa, bir nöqtədə azadlaşacağımız qurtulacağımız və ən  əsası bunlarla üzləşəcəyimiz bir dönəmdir. Bu il bütün ruhani praktikalar, ağzımızdan çıxan sözlər daha təsirli olacaq.

Bu il ərzində ümumən ağzımızdan qarğış çıxartmamağa diqqət göstərməli, neqativ düşüncələrdən uzaqlaşmalı, şikayətlənməməliyik. Çünki bu il ağzımızdan çıxan hər söz olduqca tez zamanda reallaşa bilər. Arxamızca iş çevirən, quyu qazan insanlar varsa, onlarla bağlı böyük üzləşmələrin yaşanacağı, həyatımızdan bu tərz insanların çıxacağı önəmli bir dönəmdir. Karma enerjisi bu il də olduqca güclüdür. Ona görə də kimsə sizi incidibsə, qəlbinizi qırıbsa, həmin insan nəyə layiqdirsə, yaradan ona onu yaşadacaq. 

2025-də Yupiterin də bürc dəyişdirdiyini görürük. Yupiter çox şanslı olduğu bir bürcə keçəcək.  Bu isə xüsusilə də 2025-in ikinci yarısı üçün olduqca möhtəşəm bir dönəmdir. İyun ayının 10-dan sonra çox şanslı bir dönəmdir. Xüsusən də ailə, yuva  və uşaq mövzuları ön planda olacaq. 

Ev almaq istəyənlər, yeni evə köçmək istəyənlər üçün 2025-in ikinci yarısı olduqca şanslıdır. Paralel olaraq Saturnun bürc dəyişdirməsi yay vaxtına təsadüf edəcək. Yayda kişilərlə, ata fiqurları ilə ya da müdirlərlə bir az daha münaqişələrin olduğu bir dövr olacaq. Eqomuzla bir az sınana bilərik. \"Həyatdan nə istəyirik?”, \"Biz kimik?”, \"Hansı yolu getmək istəyirik?”, \"Qərarlarımız nələrdir?” kimi sualları tez-tez özümüzə verəcəyimiz il olacaq.

Kim olduğumuzu başa düşəcəyimiz bir dönəmdir. 2025-in yayı, 2026-nın bütün özəti olacaq. Bu o deməkdir ki, 2025-in yayında yaşadığınız hadisələr 2026-cı ilə olduqca təsir edəcək.

Ona görə də hər mövzuda diqqətli olmağınızda fayda var”.

Oksana Orucova
Xanlar Əlizadə
Seçilən
29
azxeber.com

1Mənbələr