Rusiya Colan təpələrinin İsrail tərəfindən ilhaqını qəti şəkildə qəbuledilməz hesab edir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov deyib ki, İsrail 1974-cü ildə Suriya ilə əldə edilmiş razılaşmanın tam icrasına qayıtmalıdır.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu 1974-cü ildə silahsızlaşdırılmış bufer zonasının yaradılması ilə bağlı razılaşmanın Suriya əsgərlərinin mövqelərini tərk etməsi nəticəsində iflasa uğradığını bildirib.