AZ

Azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının tərkibində dəyişiklik edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sözügedən sərəncama əsasən, "Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilib:

"Xalid Əhədov - Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi";

"Elçin Əmirbəyov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi" və "Xalid Əhədov - Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi" abzasları aşağıdakı redaksiyada verilib:

"Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Elçin Əmirbəyov - Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi";

"Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)" sözləri "Ağdam, Füzuli və Xocavənd rayonlarında" sözləri ilə əvəz edilib;

"Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri" sözləri "Aydın Kərimov - Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi" sözləri ilə əvəz edilib;

"Kamran Əliyev" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

"Elçin Yusubov - Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Vahid Hacıyev - Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Məsim Məmmədov - Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

Bəşir Hacıyev - Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi";

"Fikrət Məmmədov" sözləri "Fərid Əhmədov" sözləri ilə, "İnam Kərimov" sözləri "Məcnun Məmmədov" sözləri ilə əvəz edilib;

"Anar Quliyev" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzas əlavə edilib:

"Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri";

"Vüqar Süleymanov" sözlərindən əvvəl aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri".

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

phrase_var_article.chosen
16
47
day.az

10phrase_var_article.sources