Hurriyyet.az xəbər verir ki, RF xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya tərəfinin Ermənistanın Baş naziri Nikol Paşinyanın Müstəqil Dövlətlər Birliyinin liderlərinin dekabrın axırında keçiriləcək qeyri-formal görüşündə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Nazir müavini deyib: "Dəvət etdiyimiz hər kəsin, o cümlədən, Nikol Vovayeviç Paşinyanın gələcəyinə ümid edirik. Baxaq görək".
Hürr Tərcüman