AZ

Gürcüstan prezidenti həbs olunacaq...

Image

Akif Nağı: "Ayın 29-na qədər ya Zurabişvili istefa verərək geri çəkiləcək, ya da məhkəmənin qərarı ilə ölkədən deport ediləcək"

Gürcüstan Mərkəzi Seçki Komissiyası dekabrın 14-də parlamentdə keçirilən səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. Səsvermədə Seçicilər Kollegiyasının 225 üzvü iştirak edib, onlardan 224-ü 53 yaşlı keçmiş futbolçu, hakim partiyanın “Xalqın gücü” fraksiyasının həmtəsisçisi Mixail Kavelaşvilinin prezident postuna namizədliyini dəstəkləyib.

Qeyd edək ki, parlamentin legitimliyini tanımadığını bəyan edən müxalifət partiyaları prezident seçkisində iştirak etməyiblər. Gürcüstan Prezidenti Salome Zurabişvili də parlamenti və prezident seçkisini legitim hesab etmədiyi üçün səlahiyyət müddətinin davam edəcəyini bəyan edib. Yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.

Gürcüstanda hadisələr necə davam edəcək? Yeni prezident seçildi, Qərb uduzdu, Zurabişvili getmir, ayın 29-da inauqurasiya olacaq. 29 dekabra qədər Gürcüstanda nələr baş verə bilər?

Baki-xeber.com saytının suallarına cavab olaraq siyasi şərhçi Akif Nağı bildirdi ki, çox cəhdlər göstərsə də, hələlik hadisələr Qərbın istədiyi istiqamətə yönəlməyib: "Muxalifət qüvvələri aksiyalara kifayət qədər kütlə toplaya bildilər. Bu da onunla bağlıdır ki, Qərb Gürcüstanda xeyli vətəndaş cəmiyyəti strukturları yaradıb və onları maliyyələşdirirdi. Həmin təbəqənin ətrafında olan insanlar isə kütləvilik yarada bilir. Hadisələr Qərbin istədiyi kimi inkişaf etməsə, həmin vətəndaş cəmiyyəti nümayəndələri və önların yaxın ətrafı mühacirətə gedəcək - Gürcüstandan miqrasiya başlayacaq. Ona görə də etirazçılar vəziyyəti dəyişməkdə həyati məsələ kimi israr edirlər.

Təəssüflər olsun ki, bir qrup insan Avropa dəyərlərini gözüyumulu qəbul edib. Bir qrup insan LGTB-dən tutmus bütün Avropa dəyərlərini Gürcüstana gətirməkdə israrlıdır.

Hazırda mübarizə İvanişvili və Zurabişvili komandaları arasında gedir. Əvvəldən Gurcüstanda baş nazir və prezident arasinda ziddiyyət yaşanırdı, anlaşilmazlıqlar olurdu. İndi isə baş nazir komandası iqtidarı, prezident müxalif qüvvələri təmsil edir. Zurabişvili və komandası nə parlament, nə də prezident seçkilərini tanıyır, indiki hakimiyyəti qeyri-legitim sayır və özünu yeganə legitim prezident hesab edir.

Seçkilər keçirilirsə, məğlub tərəf ənənəvi olaraq narazı olmalıdır, amma "mən qalib deyiləmsə seçki saxtalaşdırılıb" ənənəsi də çox zərərlidir. Seçkilərin nəticələrini tanımamaq ölkənin taleyinə təhlükə yarada bilər. Ona görə də müxalifət bu seçkiləri tanımalıdır. Gürcüstan müxalifəti Afrika yolunu tutub ki, biz seçilmədiksə seçki saxtadır.

Hakimiyyət özünü kifayət qədər arxayın aparır, özlərini güclü hesab edirlər. Yəqin ki, yaxın zamanlarda hakimiyyət də mitinq keçirəcək.

Qərb artıq azad seçki və demokratiya tərəfdari kimi deyil, müxalifətin tərəfi kimi çıxış edir. Avropa təsisatları yenidən seçki keçirilməsi tələbi ilə hakimiyyətə açıq şəkildə təzyiq göstərir. Yəqin ki, bu qarşıdurma bir qədər də uzanacaq. Amma ölkədə baş nazir də, prezident də var. Tədricən müxalifətin mitinqləri də səngiyəcək. Gürcüstanda mitinq keçirilməsi adi haldır, cəmiyyət buna öyrəşib. Hakimiyyət də istədiyi vaxt bu aksiyaların qarşısını ala bilir, onu idarə edir. Etrazçılardan saxlanılanlar da var. Amma hakimiyyət daha güclü görünür.

Bundan sonra yəqin ki, Gürcüstana qarşı Qərbin sanksiyaları başlayacaq. Amma bu sanksiyalar ölkə iqtisadiyyatına nə qədər pis təsir etsə də, İvanişvilinin mövqeyini cəmiyyətdə gücləndirəcək. Çunki Gürcüstan cəmiyyəti həmişə ümummilli məsələlərdə birləşə bilir.

İvanişvili komandası ikihakimiyyətliliyə də yol verməyəcək. Onlar elan ediblər ki, biz qadıni həbs etmək istəmirik. Lakin əgər Zurabişvili təxribatlarını davam etdirsə, prezident postunu hakimiyyət güc tətbiqi ilə azad edə bilər. Bundan sonra yəqin ki, Zurabişvili ölkəni tərk etməli olacaq. O, ölkədəki müəyyən qüvvələri xaricdən "idarə etməyə" başlayacaq. Yəni düşünürəm ki, Zurabişvilini həbs etməzlər, lakin məhkəmənin qərari ilə o, ölkədən çıxarıla bilər. Yəni ayın 29-na qədər ya Zurabişvili istefa verərək geri çəkiləcək, ya da məhkəmənin qərarı ilə ölkədən deport ediləcək. Artiq bundan sonra müxalifətin izdahamli mitinqlarinin baş tutacağı inandırıcı görünmür. Çunki əhali gördü ki, hökumət geri cəkilmir. Ona görə də hesab edirəm ki, dekabrın 29-da yeni seçilmiş prezidentin inauqurasiyası bas tutacaq və o, səlahiyyətlərinin icrasına başlayacaq".

Dəniz NƏSİRLİ





phrase_var_article.chosen
40
baki-xeber.com

1phrase_var_article.sources