AZ

Naxçıvanda əhalinin bank əmanətləri 43%-dən çox artıb

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalininbanklarda 22 milıyon 952,8 min manat əmanəti olub.

Bu barədə TrendNaxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin noyabrın 1-i ilə müqayisədə 43,6%çoxdur.

Eyni zamanda, bu ilin yanvar-noyabr aylarında Naxçıvan MuxtarRespublikasının büdcəsinin gəlirləri 234 milyon 131,1 min manattəşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39,9%çoxdur.

Sözügedən dövr ərzində büdcə xərclərində də nəzərəçarpacaqdərəcədə dəyişikliklər olub. Belə ki, bu ilin ilk 11 ayında MuxtarRespublikanın büdcəsinin xərcləri 365 milyon 484,6 min manat təşkiledib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% azdır.

Seçilən
18
3
az.trend.az

6Mənbələr