AZ

Kənd təsərrüfatı təyinatlı torpaqlarda bu infrastrukturların tikintisinə icazə veriləcək

1 yanvar tarixindən artıq kənd təsərrüfatı təyinatlı torpaqlarda heç bir kateqoriya və təyinat dəyişdirilmədən 5 hektardan yuxarı sahələrin 1 faizində müvafiq kənd təsərrüfatı infrastrukturunun tikilməsinə icazə veriləcək.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.

"Bununla bağlı, Nazirlər Kabineti tərəfindən tapşırıq var. Hazırda bu məsələ ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb", - deyə o qeyd edib.

Seçilən
22
2
fins.az

3Mənbələr