Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun nəlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında Lənkəran rayonunun Girdəni kəndi ərazisində olub.
Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub.
M.Quliyev ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov