“Çido” qasırğası Fransanı cənginə aldı, Mayotta arxipelaqı yerlə-yeksan oldu - VİDEO
“Çido” qasırğası Fransanın Mayotta arxipelaqını vurub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət qurbanlarının sayı yüzlərlə, hətta minlərlə ola bilər. Regionun prefekti Fransua-Ksavye Bievivil qeyd edib ki, siklon nəticəsində ölü sayı durmadan artacaq.
Qeyd edək ki, Parisdən 8 min kilometr məsafədə yerləşən Mayot Fransanın ən kasıb regionlarındandır. 374 kvadratkilometr ərazisi olan adada 310 mindən çox insan yaşayır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta