“Real” dekabrın 18-də Qitələrarası kubokun finalında Meksikanın “Paçuka” komandası ilə oyun üçün Qətərin paytaxtına uçmalı idi.
Publika.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, Madrid komandasının uçmalı olduğu təyyarədə nasazlıq aşkarlanıb.
Buna görə də, “Real” rəhbərliyinin təyyarəni dəyişdirmək və uçuşu üç saat gecikdirmək qərarına gəldiyi bildirilir.