Rəqəmsal aktivlər üzrə investisiya məhsulları keçən həftə əhəmiyyətli artım nümayiş etdirib. İnvestorlar bazara əlavə olaraq 3,2 milyard dollar yatırıb.
Valyuta.Az xəbər verir ki, "CoinShares" rəqəmsal aktiv meneceri həftəlik fond axınları hesabatında qeyd edib ki, qlobal kripto birjası ticarət məhsulları ("ETP") bazarı il ərzində ümumi 44,5 milyard dollarlıq daxilolmaya çatıb və müsbət axınların ardıcıl 10-cu həftəsi qeydə alınıb.
"CoinShares"in məlumatına görə, kripto "ETP"lərinə daxilolmalar əvvəlki illərlə müqayisədə 300% artıb. 2024-cü ildə bu sahədə dördqat sıçrayış baş verib və həftəlik orta həcm 21 milyard dollara çatıb. Bu "ETP" həcminin təxminən 30%-i iri birjalardakı bitcoin birjası ticarət fondlarında ("ETF") qeydə alınıb.
"Bitcoin" 2 milyard dollar ilə liderdir
Rəqəmsal aktiv investisiya məhsullarına daxilolmalar "Bitcoin"in psixoloji 100 min dollar səviyyəsinə yaxın qalması fonunda artıb. "BTC" daha sonra 106 min dollardan yuxarı yeni zirvəyə çatıb.
Keçən həftə "BTC" investisiya məhsulları bitcoin "ETP"lərinə 2 milyard dollar daxilolma qeydə alıb. ABŞ seçkilərindən sonra bitcoin "ETP"ləri 11,5 milyard dollar daxilolma ilə ümumi idarə olunan aktivləri 135 milyard dollardan çox edib.
Müqayisə üçün, dekabrın 13-ə qlobal rəqəmsal aktiv investisiya məhsullarının idarə olunan aktivlərinin ümumi dəyəri 167,4 milyard dollardan bir qədər yuxarı olub.
"SoSoValue"nin məlumatına əsasən, dekabrın 13-nə qədər "Bitcoin" "ETF"ləri 35,6 milyard dollar xalis daxilolma qeydə alıb. ABŞ birjalarında bu fondların fəaliyyət göstərdiyi dövrdə ticarət edilən ümumi dəyər 3,1 milyard dollardan çox olub. "BlackRock"un "iShares Bitcoin Trust" fondu böyük xalis axınlarla digər "ETF"ləri geridə qoyub.
"Ethereum" və "XRP"də də daxilolmalar artır
"Ethereum"un 2024-cü ildə "ETF" daxilolmalarında "BTC"ni ötəcəyi proqnozlaşdırılır. O, yeddi həftədir müsbət axın zolağını davam etdirərək keçən həftə 1 milyard dollar, ümumilikdə isə 3,7 milyard dollar daxilolma əldə edib.
Əsas altkoinlər arasında "XRP" keçən həftə 145 milyon dollar daxilolma qeydə alıb. "Polkadot" və "Litecoin" məhsulları isə müvafiq olaraq 3,7 milyon və 2,2 milyon dollar cəlb edib.
"XRP"yə institusional investorların marağı Trampın qələbəsindən sonra artıb. Mütəxəssislər ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının "XRP" "ETF"lərinə potensial təsdiqini katalizator kimi qeyd edirlər. Analitiklər həmçinin "Ripple"ın ABŞ dollarına 1:1 nisbətində bağlı "RLUSD" stabilkoinini istifadəyə verməsinin və sərhədlərarası ödənişlərin geniş tətbiqinin "XRP" üçün başqa bir katalizator ola biləcəyini bildirirlər.
Son həftələrdə bu altkoinlərin qiymətləri artıb, "BTC"nin sıçrayışı isə "MicroStrategy" kimi kripto səhmlərinə də təsir göstərib.
Rəhim