AZ

Rusiyaya qaçan Əsədin başı dərddə - milyardlarla dollarına...

Baas rejiminin 61 illik hakimiyyəti devrildikdən sonra Rusiyaya qaçan Bəşər Əsədlə bağlı yeni iddia irəli sürülüb. Belə ki, onun Rusiya vətəndaşı ola biləcəyi məlum olub.

Olaylar.az xəbər verir ki, 1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik qanlı hakimiyyəti, 2011-ci ildə xalqı zorakılıqla sıxışdırmaq cəhdləri nəticəsində başlayan vətəndaş müharibəsində paytaxt Dəməşqin rejimin nəzarətindən çıxarılması ilə süqut edib.

Əsədin ölkəsini tərk edərək Rusiyaya qaçdıqdan sonra başlayan sürgününün necə davam edəcəyi ilə bağlı Rusiyadan diqqətçəkən açıqlama gəlib. Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev Əsədin Rusiya vətəndaşı ola biləcəyini açıqlayıb.

Digər tərəfdən, Əsədin yanında gəzdirdiyi milyardlarla dollar hesabına Donbass bölgəsinin yenidən qurulmasına yardım etməsi də mümkündür.

Qərb mətbuatında Moskvanın ən dəbdəbəli bölgələrindən birində 1,5 milyon manata ev aldığı və dəbdəbəli həyatını davam etdirdiyi iddia edilən Əsəd üçün rusiyalı deputat Dmitri Kuznetsovdan diqqətçəkən təklif gəlib.

Kuznetsov deyib ki, Əsəd rus xalqının xidmətində olduğunu sübut etməlidir:

"Əsədə Donbasda müharibədən zərər çəkmiş rayonlardan birinin administrasiyası verilə və ailəsi ilə birlikdə Mariupoldakı yeni binalardan birində məskunlaşa bilər. O, Emir Kusturitsanın Donbasda Dostoyevski haqqında film çəkməsinə də dəstək verə bilər", - deyə Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib.(Publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
4
olaylar.az

5Mənbələr