"Rapid"in hücumçusu Qvido Burqştaller paytaxt Vyananın mərkəzində hücuma məruz qalıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ötən şənbə günü naməlum şəxsin endirdiyi güclü zərbənin təsirindən yıxılan təcrübəli forvardın kəllə sümüyü sınıb.
Klubu 35 yaşlı oyunçunun bir neçə gün xəstəxanada qalacağını bəyan edib. Xəbərə görə, 2022/2023 mövsümündə Avstriya çempionatının ən yaxşı bombardiri olan Burqştaller bir neçə ay komandasına kömək edə bilməyəcək. Paytaxt təmsilçisi cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunacağına ümid etdiklərini də vurğulayıb.
Qeyd edək ki, Qvido Avstriya millisində 26 matça çıxaraq 2 qol vurub.