AZ

Zaxarovanın Kuril adaları ilə bağlı sərt cavabı yaponları susdurdu

Yaponiyanın yeni baş naziri Siqeru İsiba Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın Moskvanın Kuril adalarının yaponlara qaytarılması təklifinə sərt cavabından sonra heç nə deyə bilməyib.  

Qaziler.az-ın məlumatına görə, ABN24 “Baijiahao” nəşrinə istinadən yazır ki, bu barədə çinli ekspertlər şərh bildiriblər. Onların fikrincə, yapon nazir Rusiya tərəfinin bu məsələdə qətiyyətini lazımi səviyyədə qiymətləndirməyib.

ÇXR-dən olan analitiklər vurğulayırlar ki, Rusiya tərəfi Yaponiyanın baş nazirini yalnız bir cümlə ilə susdurub.

Onlar qeyd ediblər ki, İsiba 2024-cü il oktyabrın 1-də hakimiyyətə gəldikdən sonra diplomatik münasibətlərin bərpasına ümid edərək Rusiya ilə dialoq qurmağa cəhd edib. Eyni zamanda Yaponiyanın baş naziri Kreml Kuril adalarından imtina etməyənə qədər Moskva ilə sülh müqaviləsinin imzalanmayacağını bildirib.

Buna cavab olaraq Zaxarova vurğulayıb ki, Moskva və Tokio dialoqu yalnız Yaponiya tərəfi Rusiyanın mövcud sərhədlərini tanıdığı halda bərpa edə bilər.

QAZİLER.AZ

Seçilən
6
qaziler.az

1Mənbələr